azersun-kend-teserrufati-mehsullari

“Azərsun Kənd Təsərrüfatı” 2007-ci ildə fəaliyyətə başlamışdır.

Ümumi sahəsi 4 761 hektar olan “Azərsun Kənd Təsərrüfatı”nın orta illik işçi sayı 565 nəfərdən ibarətdir.

Müəssisə kənd təsərrüfatı məhsulları əkib becərilməsi ilə məşğuldur. Eyni zamanda müəssisədə xırda və iribuynuzlu heyvandarlıq kompleksləri fəaliyyət göstərir.

Burada geniş miqyasda müasir, yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, şəkər çuğunduru, yonca bitkiləri, pomidor, xiyar, bibər, yaşıl noxud, pambıq, silosluq qarğıdalı becərilir, torpaq sahələri münbitləşdirilir.

“Azərsun Kənd Təsərrüfatı” dənli bitkilər üzrə (buğda, arpa) toxum istehsalçısıdır. Hər il ortalama 200 hektar ərazidə toxumluq əkinləri aparılır.

İstehsal olunan buğda və arpa toxumları 1-ci və 2-ci repreduksiyalı, yüksək məhsuldarlıqlı toxumlardır.

Müəssisənin illik toxum istehsal miqdarı 1000 ton, əkincilik üzrə illik istehsal gücü  85 000 ton, heyvandarlıq üzrə 350 ton, digər məhsullar üzrə 6000 ton təşkil edir. 

Müəssisədə 290 hektar nar bağı ilə yanaşı, 21 hektar ərazidə ərik, badam, alça, şaftalı, gavalı və s.-dən ibarət qarışıq meyvə bağları da mövcuddur.

“Azərsun Kənd Təsərrüfatı”nın əsas fəaliyyət istiqamətlərindən birini də heyvandarlıq təşkil edir. Ərazidə iribuynuzlu və xırdabuynuzlu  südlük və ətlik heyvanlar bəslənilir. Bununla yanaşı, ölkənin süd ehtiyatına olan tələbatının ödənilməsi məqsədi ilə iribuynuzlu heyvanların yetişdirildiyi fermalar da fəaliyyət istiqamətlərinin tərkib hissəsini təşkil edir.